bilmirəm
0:00
0:00
Bilmirəm bu işin axırı hara gedəcək, Harda dirənəcəksə, orada dirənəcək. Çoxları hörmət dilənəcək, bizlərlə dirənəcək, Həyat davam edəcək desəm, yalan olar... Bəlkə də sabah, ya o biri gün yer-göy partlayacaq, Hər tərəf alovlanacaq, od tutacaq. Yaşadıqları həyat boyu noksan tutacaq, Özü noksanlarda batacaq. Kimliyini ört-basdır edərək başqa kimliklər ilə yaşayacaq, Bütün aciz varlığı olduğu müddətcə Özünü ağıllı, çoxbilmiş, yaxşı sanacaq. Həqiqi dürüstlərə, yaxşılara, başıpapaqlılara taxacaq cancaq. Çünki alçaq idi, özünü yüksək zənn etdi, Hər şeyi məhv edə-edə getdi. Oyun bitməyib, bitməyəcək də, Xoşbəxtlik çiçəkləri cücərməyəcək Nə qədər ki ziyan verən məxluqlar var köklərdə...
You may also like

Leave a comment
See track description ↑