Rain Drops
Yağan yağış damlaları saçlarına toxunurdu Yağışı necə sevdiyin gözlərindən oxunurdu Sən gözəl bir xəstəlik mən də sənə yoluxurdum Saçların bir dəryaydı, mən də orda boğulurdum Yorulurdum düşünəndə sevir ya sevmir məni Nə qədər çox sevdiyimi istərdim bilməni Yağan yağış damlaları yanağından axanda Sanki zaman dururdu gözlərinə baxanda İstərdim mən də yağış olub axım saçlarına İstərdim mən də şərik olum sənin acılarına İstərdim gözlərindən axan yaşa bənzəyim İstərdim yanaqların olsun son mənzilim Az buludlu bir göy üzü, küləksiz bir yağış düşün Ondan daha gözəldir sənin utancaq gülüşün Dünyanın ən gözəl musiqisi sənin səsin Sənə bir ömür mahnı yazıb rep deməyə var nəfəsim _____ Saçlarının hər teli, üzündəki hər cizgi Bir də dərin-dərin baxan gözlərin sözsüz ki Yox dözümüm bircə an da səndən uzaq qalmağa Sənə gülmək çox yaraşır, sil gözünü ağlama Bir dəfə baxdım gözünə, dəli oldum, vuruldum Yaşayırdım Cənnətdə, sənə uydum, qovuldum Sovruldum küləklə birgə yağan qar kimi Gözlərindən incimişəm saçlarına var kinim Çünki sevsən əgər məni qayıdacağam Cənnətimə İndi çıxıb getsən əgər dözməyəcəyəm həsrətinə Gözlərinin, qaşlarının, bir də ki, göz yaşlarının Tiryakisi olmuşam utancaq baxışların Yağışların altında rəqs eləmək səninlə Göy qurşağı altında sənin tutmaq əlindən Gəl yağışla birgə yağaq, imza ataq bir ilkə Burax çətiri əlindən, gəl islanaq birlikdə Rafiq Abasov at 20:11 Share
You may also like

Leave a comment
See track description ↑