Əvvəl danışırdıq saatlarla...
0:00
0:00
Əvvəl danışırdıq saatlarla... İndi baxışlar susur. Nə qədər söz vardı içimizdə, Amma indi heç nə qalmayıb, boşdu. Eyni küçədən keçirik, Amma ayrı-ayrı sükutla. Əllər toxunmur, Baxışlar da gecikir artıq... Səni deyil, özümü itirdim sanki... Amma yenə də səni düşünürəm. Gecənin bir vaxtı səssiz baxıram tavana – Kaş hər şey başqa olardı, deyə-deyə... Sual çoxdu, cavab yoxdu. Geri dönmək istəsək də, yol yoxdur. Nə sən qayıtırsan, nə mən danışıram... Sonda sadəcə ikimiz susuruq. Sonda nə sevgi qaldı, Nə söz... nə də biz. Sadəcə xatirələr danışır, Bir də ürəkdə iz...
You may also like

Leave a comment
See track description ↑