Cavid_Jewellery

HopSkip (10:00)

Cavid_Jewellery
HopSkip (10:00)

25 Plays

10 Jul 2020

1 Comments

Leave a comment

4 years ago

Nə gözəl yaradıb bizi Pərvərdigar, Gələcəyi ümidli, keçmişi yadigar. Olmayacaq işə demərik amin, Yoxsa qəzəblənər, tutar bizi ahu-zar. Ümidlə yaşa indi ömrünü bala-bala, Hələ bilmək olmaz kim ölə, kim qala. Xəyalı qoy kənara, reallıqdan yapış, Cəmiyyətin fikri bol, səndə onlara qarış. Çalış fikrinlə salma özünü büruzə, Duracaqsan yoxsa düşmənlə üz-üzə. Bu dünyanın doludu dostundan çox xaini, İtirsən birini, tapırsan o birini. Hər çətinliyin var daima bir sonu, Ruhuna geyindir nurlu imanla donu. Heç vaxt buraxma Tanrının görünməz ipin, Yoxsa görərsən bil, qaranığın dibin. Əl atıb çıxarmaz nə dostun, nə qohum, İçinə olmasın şübhə, yoxsa atar toxum. Baş qaldırıb cücərər içində Şeytanın, Məhv edər qalanı, zəbt olar meydanın. Nurlu günlərimiz dönüb olar Cəhənnəm, Unudarıq şadlığı hər günmüz qüssə-qəm. C/A/A

You may also like