Qazi Elməddin

85 Plays

28 Mar 2023

Deyirlər, çox azdır yüz il, əlli il, İnsana bir ömür kifayət deyil. Hələ isitməmiş öz yerimizi l)Ölüm cəllad olub haqlayır bizi. Deyirlər, şirindir dadı dünyanın, Kaş iki olaydı ömrü insanın. Nola, çalışsaydıq ömrün birində, Sonra əylənəydik biz digərində. Hərə öz ömrünə bir cürə baxmış, Hərə bu dünyanı bir cürə anlar. Cahanda bəs nədən zövq alacaqmış Zəhmətin özündən zövq almayanlar? Yüz-yüz ömür belə azdır doğrusu Bir ömrü insana az sayanlara Haramdır bu hava, haramdır bu su Əylənmək eşqilə yaşayanlara. Yaşamaq, yanmaqdır, yanasan gərək, Həyatın mənası yalnız ondadır Şam əgər yanmasa, yaşamır demək Onun da həyatı yanmağındadır.

18 Comments

Leave a comment

1 year ago

Bars: On point 🎯 Delivery: On point 🎯 Impression: Great 🎉

Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1 year ago

Bars: Great 🎉 Delivery: Great 🎉 Impression: Great 🎉

You may also like